Haqqımızda

2023-dən Bugünə: EN&JO-un Hekayəsi

BİZİM HEKAYƏMİZ
EN&JO, qadın geyiminə daha şəxsi və düşünülmüş yanaşma yaratmaq arzusundan doğuldu.
Brendimizin əsas ideyası hər qadının öz üslubunu daha rahat və inamlı şəkildə ifadə edə bilməsidir. Buna görə modellərimiz hazır standartlara deyil, qadının zövqünə, bədən quruluşuna və həyat tərzinə uyğun formalaşdırılır. EN&JO üçün geyim sadəcə görünüş deyil. Düzgün biçim, balanslı siluet və incə detallar qadının özünü necə hiss etdiyini dəyişir. Biz hər modeldə sadəliklə zəriflik, rahatlıqla eleqantlıq arasında uyğunluq yaratmağa çalışırıq. Ötəri tendensiyalardan daha çox, uzun müddət dəyərini qoruyan dizaynlara üstünlük veririk. Məqsədimiz qadının özünü başqa biri kimi deyil, özünün daha güvənli və zərif halında hiss etməsidir. EN&JO Baku — sizə uyğun düşünülmüş üslub. Məhz buna görə EN&JO Baku-da hər model fərdi yanaşma ilə hazırlanır. Müştərilərimizin ölçüləri, istəkləri və şəxsi üslubu nəzərə alınaraq hər bir geyim xüsusi diqqət və dəqiqliklə tikilir. İnanırıq ki, hər qadın özünəməxsusdur və onun geyimi də bu özəlliyi əks etdirməlidir. Bu gün EN&JO Baku premium atelier olaraq fərdi ölçüyə uyğun tikiliş, eksklüziv dizaynlar və yüksək keyfiyyət standartlarını bir araya gətirərək, qadınlara özlərini rahat, zərif və fərqli hiss etdirən kolleksiyalar təqdim edir. Bizim üçün hər geyim sadəcə bir məhsul deyil, qadının fərdiliyini və zövqünü ifadə edən xüsusi bir əsərdir. Zamanla gördük ki, qadınlar sadəcə gözəl görünən geyim deyil, onlara uyğun düşünülmüş, rahat və öz stilini tamamlayan parçalar axtarır. Bu anlayış Slash-ın əsas istiqamətinə çevrildi: öz dizaynlarımızı sifariş əsasında, fərdi ölçü və peşəkar dərzi işi ilə hazırlamaq. Bugün Slash hər qadına özünü daha zərif, rahat və xüsusi hiss etdirən geyimlər təqdim etmək üçün yaradılan bir brenddir.
FƏRDİ YANAŞMA

Sənin Ölçünə, Sənin Stilinə Uyğun Hazırlanır

EN&JO Baku-da hər bir geyim fərdi yanaşma və yüksək sənətkarlıq prinsipi ilə hazırlanır. Hər model müştərinin ölçülərinə, bədən quruluşuna və şəxsi zövqünə uyğun şəkildə işlənərək, peşəkar dərzilər tərəfindən xüsusi diqqətlə həyata keçirilir. Bizim üçün geyim yalnız dəb elementi deyil, qadının özünü ifadə etməsinin ən zərif yollarından biridir. Buna görə də məqsədimiz sadəcə keyfiyyətli geyim təqdim etmək deyil, hər bir qadının özünü inamlı, rahat və fərqli hiss edəcəyi, onun üslubunu tamamlayan unikal parçalar yaratmaqdır.

Scroll to Top