Klassik üslubun müasir detallarla tamamlandığı bu boz dəst, zərif və güvənli görünüş yaradır. Bədənə uyğun biçimli, üçdüyməli pencək bel xəttini incə şəkildə ön plana çıxarır, uyğun kəsimli qısa ətək isə silueti daha balanslı və eleqant göstərir.
Neytral boz tonu dəsti rahat kombinlənən və zamansız seçimə çevirir. Bordo aksesuarlarla daha xarakterli, sadə tonlarla isə minimalist işgüzar görünüş əldə etmək mümkündür. EN&JO tərəfindən fərdi ölçüyə uyğun hazırlanaraq rahatlıq və mükəmməl oturuş təmin edir.








Reviews
There are no reviews yet.